"Bura Vətəndir" mövzusuna uyğun nümunəvi dərs

  İbtidai sinif müəllimi Sevinc Rufullayeva 3 A sinif şagirdləri ilə Azərbaycan dili dərsində "Bura Vətəndir" adlı nümunəvi dərs keçirdi. İlk öncə sinif rəhbəri şagirdlərlə keçmiş mövzuya uyğun sorğu-sual etdi. Daha sonra yeni mövzu ilə bağlı söz boxçasını izah etdi. Qruplarla iş keçirildi. Şagirdlər "Xarı bülbül", "Lələtəpə", "Dəmir yumruq", "44 günün Zəfəri" adlı qruplara bölündülər. Qrup işləri mövzu üzrə aparıldı, yoxlanıldı və meyarlara əsasən qiymətləndirildi. 1- ci yerə "Xarı bülbül", 2-ci yerə "44 günün zəfəri", 3-cü yerə "Lələtəpə", 4-cü yerə isə "Dəmir yumruq" komandası layiq görüldü. Əyani surətdə dron uçuruldu.

  Füzulinin işğalı, Aprel döyüşləri, Zəfər günü, Azərbaycan Respublikasının prezidentinin çıxışı, həmçinin şagirdlərin sinif rəhbəri ilə birgə Şəhidlər Xiyabanına ziyarətindən çəkilmiş videoçarx nümayiş olundu, Şəhid analarının ürək sözləri səsləndirildi. Sonda şagirdlər tərəfindən "Zəfər" nəğməsi səsləndirildi və Azərbaycan bayrağı şagirdlərin hazırladığı dağ maketinin təpəsinə sancıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi