Novruz tədbiri

  Hər il olduğu kimi bu il də məktəbimizdə məktəb şagirdlərinin iştirakı ilə "Novruz bayramı" ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəblilər Azərbaycan xalqının adət-ənənələrini əks etdirən səhnəciklərlə çıxış etdilər, şeirlər söylədilər, mahnılar oxudular, milli rəqslər ifa etdilər. Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə tədbirə xoş abu-hava bəxş etdilər. Tədbir boyunca məktəbin həvəskar rəssamları rəsmlər çəkərək baharın gəlişini təsvir etdilər.

Tədbirin sonunda məktəbin direktoru Nəriman Məmmədzadə xalqımızın əziz günlərindən biri olan Novruz bayramı münasibətilə məktəb kollektivini və şagirdləri təbrik etdi, tədbirdə əməyi keçən hər bir kəsə təşəkkürünü bildirdi.

Tədbirin keçirilməsinin əsas məqsədi xalqımızın adət-ənənələrini yaşatmaq, bayram adətlərini yeni nəslə ötürmək, şagirdlərin milli ruhda yetişdirilməsini təmin etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi