"Sağlam bədəndə sağlam ruh olar" adlı rəsm müsabiqəsi keçirildi.
Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar keçirilən idman həftəsi çərçivəsində rəsm müsabiqəsi keçirildi. "Sağlam bədəndə sağlam ruh olar" adlı rəsm müsabiqəsində məktəbin VII-IX sinif şagirdləri iştirak edərək mövzu üzrə rəsm təsvir etdilər. Müxtəlif texnikalarda işləyən gənc rəssamlar verilən vaxt ərzində təsviri tamamladılar. Şagirdlərin işləri məktəb rəhbərliyi və təsviri incəsənət müəllimi Pənahova Aybəniz tərəfindən qiymətləndirilərək qaliblər seçildi.
1ci yerə Hüseynova Fatimə (8b)
2ci yerə Əlizadə Zəhraxanım (8b)
3cü yerə Rəhimova Gülnar (7a) layiq görülərək sertifikatla təltif edildilər. Sonda xatirə şəkli çəkdirildi.