“ƏN SÜRƏTLİ ŞAGİRD” QAÇIŞ YARIŞI KEÇİRİLİB

 Mart ayının 5-də Elm və təhsil nazirinin 28.02.2024-cü il tarixli 3-29/3-2-96F/2024 nömrəli əmrini rəhbər tutaraq 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar keçirilən idman həftəsi və “İdmansevərlər” layihəsi çərçivəsində məktəbin fiziki tərbiyə müəllimi Əsədov Vüqar tərəfindən IX və X siniflər arasında “Ən sürətli şagird” qaçış yarışı keçirilib. Yarışın keçirilməsinin əsas məqsədi şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etmək, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsindən ibarət olub. Yarışın nəticələrinə əsasən I yerə Əliyev Əbdülvahab layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi