Maarifləndirici dərs
"5 mart Bədən tərbiyəsi və idman günü" ilə əlaqəli olaraq məktəbin 3 Ç sinfində sinif rəhbəri Əhmədova Aygünün təşkilatçılığı əsasında maarifləndirici dərs keçirildi. Dərsdə şagirdlərə maraqlı videolar təqdim olundu. İdmanın insan sağlamlığındaki əhəmiyyəti barədə sual-cavab təşkil olundu, faydalı məlumatlar verildi. Şagirdlər oyun bacarıqlarını nümayiş etdirməklə əyləndilər. Sonda idmanın müxtəlif sahələrini əks etdirən rəngləmələr etdilər.