Basketbol yarışı keçirildi

5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar, həmçinin "İdmansevərlər" layihəsi çərçivəsində məktəbdə Fiziki tərbiyə müəllimi Vüqar Əsədovun rəhbərliyi ilə 8 və 9-cu sinif şagirdləri arasında basketbol yarışı keçirildi. Yarış şagirdlər tərəfindən çox maraqla qarşılandı. Sonda, gərgin keçən yarışda 9 “C” sinfi qalib oldu.