BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ

  Məktəbimizdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü və  idman həftəsi ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirin açılışı Azərbaycan Dövlət Himni ilə başlandı. Tədbirdə şagirdlərə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti, respublikamızda idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı barədə söhbət açıldı. Qeyd edildi ki, Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməklə bu gün dünyanın güclü idman mərkəzlərindən birinə çevrilib. Həmçinin ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdırılması, təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının artması barədə söhbət açıldı. 

Tədbir təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir. Sonda idmançılarımız öz məharətlərini göstərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi