“Çörək İsrafına son” eTwinning layihəsinə qoşulduq

  Məktəbin texnologiya müəllimi Rəcəbova Könül və VIIa sinif şagirdləri Türkiyənin Çağlayancerit İmam Hatip Ortaokulunun müəllim və şagirdləri ilə birlikdə “Çörək İsrafına son” adlı eTwinning layihəsində iştirak edirlər. Layihə yanvar ayında başlayıb və may ayında başa çatacaq. Layihənin hazırlanmasında məqsəd şagirdlərimizi və valideynlərimizi çörək israfı ilə bağlı məlumatlandırmaq və bu məsələ ilə bağlı keçirilən aylıq tədbirlərdə onların fəal iştirakını təmin etmək, beləliklə də cəmiyyəti daha şüurlu istehsalçı və istehlakçı halına gətirməkdir. Şagirdlər layihə boyu müxtəlif tapşırıqlar yerinə yetirəcək, qardaş Türkiyə məktəblərinin şagirdləri ilə sıx əməkdaşlıq edib yeni dostlar qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi