1 MART ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ

1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix  1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir.

Məktəbimizdə “Mülki Müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. 

Bütövlükdə  tədbir mütəşəkkil şəkildə həyata keçirildi. Bu  aktual mövzu üzrə keçirilən tədbir kollektivin maarifləndirilməsinə xidmət edir.

Məktəbin “Təxliyə planı” na uyğun olaraq bütün kollektivin təxliyəsi təşkil edildi.

https://www.youtube.com/watch?v=KAs67HMH288

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi