Azərbaycan dili fənni üzrə monitorinq keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 29 fevral 2024-cü ildə IV, VI, VII, VIII siniflərdə Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına dəstək olmaq, onların dinləyib qavramalarının inkişaf etdirilməsindən ibarətdir. Monitorinq məktəb rəhbərliyinin nəzarəti ilə obyektiv keçirilib.