Təsviri incəsənət fənnindən maraqlı dərs nümunəsi keçirildi

Təsviri incəsənət fənnindən VII a,b,c,ç siniflərində "Azərbaycan milli geyimləri" mövzusunda maraqlı dərs nümunəsi keçirildi. Şagirdlər motivasiya mərhələsində krossvord həll edərək, mövzunu tapdılar. Fənn müəllimi Pənahova Aybəniz mövzunun izahında müxtəlif video və foto nümunələrindən istifadə edərək şagirdlərdə dərsə maraq yaratdı. Azərbaycan milli geyimlərinin müxtəlif zonalarda mövcud olan özünəməxsus xüsusiyyətləri- forma, rəng və ornament həlli şagirdlərlə müzakirə edildi.