"Xocalı soyqırımı"nın 32-ci ildönümü qeyd olundu
Məktəbdə "Xocalı soyqırımı"nın 32-ci ildönümünün qeyd olunması ilə əlaqədar tədbir keçirildi. Şagirdlər Xocalı qurbanlarının xatirəsini anaraq, ədəbii-bədii kompoziya ilə çıxış etdilər, musiqilər söylədilər. Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olundu. Məktəbin hərbi rəhbəri Qafqaz Zeynalov çıxış edərək dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söylədi, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışdı, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdi.Anım tədbiri şagirdlərin ifa etdiyi “Cənab leytenant ” vətənpərvərlik mahnısı ilə başa çatdı. Tədbirin sonunda xatirə şəkili çəkildi.