"Azərbaycan baş geyimləri" mövzusunda interaktiv dərs keçirildi

  Təsviri incəsənət fənnindən 7 a b c ç siniflərində "Azərbaycan baş geyimləri " mövzusunda interaktiv dərs nümunəsi keçirildi. Fənn müəllimi Pənahova Aybəniz müxtəlif təlim üsullarından (klaster, müzakirə və s) istifadə edərək mövzunun əyani dərk edilməsinə şərait yaratdı. Tədris zamanı Azərbaycan milli baş geyimləri növ və spesifik xüsusiyyətlərinə görə fərqləndirilərək əyani şəkildə (video, foto) izah edildi. Milli sənət nümunəsi olan kələğayının yaranma tarixi, hazırlanma üsulları və istifadəsi haqqında nümayiş olunan videolar şagirdlərin marağına səbəb oldu. Şagirdlər yaradıcı tapşırıq zamanı milli baş geyim nümunələri təsvir etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi