"Ədəbiyyat inciləri" adlı viktorina keçirildi

Azərbaycanın dövlət və ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə "Azərbaycan dili və Ədəbiyyat" aylığı çərçivəsində məktəbdənkənar, sinifdənxaric işlər üzrə təşkilatçı İlahə Quliyevanın rəhbərliyi ilə "Ədəbiyyat inciləri" adlı viktorina keçirildi. Viktorina 10 a və 10 b sinif şagirdlərindən 2 komanda şəklində təşkil olunmuşdu. Şair və yazıçıların həyat və yaradıcılığından ibarət suallara cavab verən komanda üzvləri aktivlik göstərdilər və sonda viktorinada qalib gəldiyinə görə Əliyeva İlahə, Qafarova Nailə, Xəlilova Elnurə, Nadirova Mehriban, Heybətova Dürdanə, Qafarova Elmira, Səlimova Zəhra və Novruzov Zaur Sertifikatla mükafatlandırıldılar. Şagirdlərimizi ürəkdən təbrik edirik!