"Kim Harada və Nə Zaman" adlı intellektual yarışma

   Məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Kim Harada və Nə Zaman" adlı intellektual yarışma keçirildi. Məktəb heyəti arasında keçirilərək 8 komanda -"Həmrəyik", "Napoleon" , "Azad düşüncələr", "Kainatın ustaları", "Əjdaha", "Simurq", "Uğur" "X-Zevs" və hər komanda 4 iştirakçıdan ibarət idi. Yarışma ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Yarışmanın təşkilatçısı məktəbin direktoru Nəriman Məmmədzadə yarışmacılara müxtəlif sahələrdən suallar verdi və hər komanda öz intellektini nümayiş etdirdi. Sonda komandalar arasında suallara ən çox düzgün cavab verən "Kainatın ustaları" komandası -I yer, "Napaleon" komandası - II yer, "Azad düşüncələr" komandası -III yer əldə edərək qalib oldular. Qalib olmuş komandalar məktəb direktoru tərəfindən Diplom və hədiyyələrlə mükafatlandırıldı. Hər bir iştirakçını təbrik edir, uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi