İdman və Ədalətli Oyunlar” rəsm müsabiqəsində uğurumuz

        Azərbaycan Milli Olimpiya Komitəsi, Ədalətli Oyunlar Komissiyası və "Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə aprelin 15-də start götürən "İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsinə” yekun vurulub. 3-8 və 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt və Naxçıvan MR ilə yanaşı 42 bölgədən ümumilikdə 2114 rəsm daxil olub. 
Müsabiqədə uğurlu iştirakına görə məktəbimiz 4c sinif şagirdi Camalzadə Nuray MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən sertifikatla təltif edilmişdir.
Qeyd edək ki, rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar jüri heyəti tərəfindən qiymətləndirilib. Seçim zamanı rəsmin mövzuya (Mövzu: "İdman və Ədalətli Oyunlar”) uyğunluğu, əsərin sahibi tərəfindən çəkilməsi, kompozisiyanın qurulması, işlənməsi və rəng ahəngi əsas götürülüb.
Jüri heyətinin tərkibi:
Ağaəli İbrahimov, Xalq Rəssamı, Professor, Əməkdar incəsənət xadimi, Rusiya İmperator Rəssamlıq Akademiyasının Fəxri üzvü
Arif Hüseynov, Xalq Rəssamı, professor
Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi