Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

       Elmi-praktik konfransda ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. Həmçinin məktəbimizdən Kiçik Akademiya rəhbəri Tarix müəllimi Abbasova Aynur, Biologiya müəllimi Ramazanova Aytən, 10b sinif şagirdləri Kərimova Günel və Səmədova Ülviyyə də iştirak etmişdir.

Konfransda ilk öncə Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib və daha sonra görkəmli akademikin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

Konfransda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi