Risk qrupu ilə əlaqədar treninq
Məktəbin psixoloqu Tükəzban Bayramova fevral ayı ərzində davamlı olaraq hər həftə risk qrupuna daxil olan və risk qrupuna daxil olma ehtimalı olan şagirdlərlə treninq keçirdi. Məqsəd şagirdlər arasında psixi durumu qeyri sabit olan, zəif iradi keyfiyyətlərə malik olanların mənəvi-psixoloji problemlərini aradan qaldırmaq, kommunikasiya bacarıqlarını inkişaf etdirmək idi. Treninqdə 10 nəfər iştirak edirdi. Treninq boyunca şagirdlərə çalışmalar tətbiq olundu.