Korrupsiyaya qarşı mübarizə mövzusunda görüş keçirilib

            4 iyun 2024 -cü il tarixdə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq  məktəb rəhbərliyi  pedaqoji heyətlə görüş təşkil edib. 
   Görüşün  keçirilməsində məqsəd təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılmasından ibarət  olub.
  Məktəbin direktoru Kəmalə Məmmədova tərəfindən iştirakçılara korrupsiyanın mahiyyəti,  korrupsiyaya gətirib çıxaran amillər barədə danışılıb, şəffaflığın təmin olunması istiqmətində aparıcı elektron hökumət resursları barədə məlumatlar verilib, təhsildə korrupsiyaya qarşı mübarizə vasitələrindən söhbət açılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi