Yoluxucu və qeyri-infeksion xəstəliklər, pedikulyoz ilə bağlı maatifləndirmə işinin aparılması

    Müntəzəm olaraq məktəblilər arasında təhlükəli yoluxucu və qeyri - infeksion  xəstəliklərin profilaktikası məqsədi ilə maarifləndirmə işləri aparılır. Məktəbin həkimi Zarema Həmidova , tibb bacısı Məlahət Abdullayeva və biologiya müəllimi təbliğat işində əsas rol oynayır. Mövzu ilə bağlı  xəstəliklər haqqında, əlamətləri, yoluxma yolları barədə geniş məlumat verilir, videoçarxlar hazırlanır, maarifləndirmə işi aparılarkən   şagirdlərə nümayiş etdirilir.  Z. Həmidova uşaqlar arasında bitlərə yoluxma (pedikulyoz) hallarına tez-tez təsadüf olunduğunu qeyd edib.
Dərinin parazitar xəstəliyi olan bitlilik (pedikulyoz) haqqında geniş məlumat verib. O qeyd edib ki, bitlər hərəkət edir və bir insandan digərinə asanlıqla keçə bilir. Ona görə də hər bir kəsə müəyyən olunmuş qaydalara riayət etmək tövsiyə edilir.
  Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi