"Tullantıdan sənətə" adlı master-klas keçirilib

    "Yaşıl dünya naminə həmrəylik ili"  çərçivəsində məktəbin Tədbirlər Planına əsasən, UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə  6a sinfidə "Tullantıdan sənətə" adlı master-klas keçirilib. Şagirdlər məişət tullantılarından, plastik butulkalardan, lazımsız əşyalardan istifadə edərək müxtəlif növ əl işləri, bəzək əşyaları hazırlayıblar. Yararsız hesab edilərək istifadə olunmayan əşyaların, tullantı materiallarının üzərində yenidən işlənilərək təkrar istifadəyə yararlı vəziyyətə gətirilib. Sonda master-klasda iştirak edən şagirdlərə rəsm ləvazimatları hədiyyə olunub.
Master-klasın keçirilməsində məqsəd gənc nəslə ekoloji mədəniyyət və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların, şagirdlərə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdən ibar
ət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi