Təhsil Tələbə Krediti Fondunun şagirdlərlə görüşü keçirilib

    08 aprel 2024-cü il tarixdə Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə  məktəbin lX, X, Xl sinif şagirdlərinin təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Görüşdə məktəbin direktoru Kəmalə Məmmədova və sinif rəhbərləri iştirak ediblər. Fondun əməkdaşı Aysel  İsgəndərova Sosial Təhsil Tələbə Krediti, Standart Təhsil Tələbə Kediti və digər məsələlər haqqında geniş izahat verib. Şagirdlər də öz növbəsində Fondun fəaliyyəti haqqında bilgilərini paylaşıblar. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi