Məhəmməd Füzulinin - 530 illik yubileyi ilə bağlı tədbir

   “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq məktəbin Tədbirlər Planına əsasən, 6 a sinfində sinif rəhbəri İlhamə İsmayılova və kitabxana müdiri Nübar Əliyevanın təşkilatçılığı ilə dahi şairin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Sinif rəhbəri İ.İsmayılova Məhəmməd Füzulinin həyatı haqqında məlumat verib. 6 a sinif şagirdi Y.Qurbanova görkəmli ədibin yaradıcılığına həsr olunmuş təqdimatla çıxış edib. Şagirdlər dahi şairin “Meyvələrin söhbəti” əsərini səhnələşdirilmiş formada təqdim ediblər. Daha sonra şagirdlər üçün “Söz” qəzəlinin ifadəli oxusu səsləndirilib. Tədbirin davamında dahi söz ustadına həsr olunmuş videoçarx şagirdlərə nümayiş etdirilib.

Sonda kitabxana müdiri N.Əliyeva şagirdlərə görkəmli şairin əsərlər toplusunu təqdim edərək mütaliə etməyi tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi