Şahin hərbi-idman oyununun rayon mərhələsi keçirilib

   5 aprel 2024-cü il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən A.Qambayzadə adına 148 nömrəli tam orta məktəbdə şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, rayonun ümumtəhsil müəssisələrinin direktorları, şagird-müəllim heyəti iştirak ediblər.

 Məktəbin hərbi rəhbəri Yusif Əliyevin təşkilatçılığı ilə yarışa qatılan məktəbin yuxarı sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayıblar.Hərbi-idman oyunları zamanı məktəblilər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. "Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi