Peşəyönümü ilə bağlı Emal Sənayesi üzrə BDPTM-ə ekskursiya

     Müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasında maarifləndirici tədbirlər xüsusi yer tutur. Texnologiyanın inkişafı ilə əlaqədar olaraq gənclərə peşə imkanlarını tanıtmaq üçün ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsindən başlayaraq peşəyönümü işinin sistemli təşkili son dərəcə vacibdir. Bu səbəbdən məktəb psixoloqunun şagirdlərin maraq və qabiliyyətləri haqqında dəqiq məlumat verərək və etibarlılığı olan ölçmə vasitələrini bilməsi və istifadə etməsi vacibdir.

 Məktəbdə şagirdlərin peşə seçimə işi daim valideynləri ilə birlikdə diqqətdə saxlanılır.

 Bu gün sinif rəhbəri Səbinə Baxşıyeva  IX sinif şagirdləri ilə birlikdə Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Emal Sənayesi üzrə BDPTM-də təşkil olunmuş "Açıq qapı" günündə iştirak ediblər. Şagirdlər liseydə müxtəlif sahələri əhatə edən ixtisaslarla tanış olub, nəzəri və praktik işləri ilə maraqlanıb, istehsalatda əldə etdikləri yüksək keyfiyyətləri haqqında məlumat alıblar. Tədbirin keçirilməsində məqsəd  şagirdlərin peşəyönümü ilə bağlı məlumatlılığının artırılması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi