Parlaq tarixi qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşləri

     Bu gün rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən səkkiz il keçir. Aprelin 1-5 tarixlərində baş verən, xalqımızın yenilməzliyinin, məğrurluğunun növbəti nümayişi olan bu döyüşlər Silahlı Qüvvələrimizin hansı imkanlara, gücə, qüdrətə malik olduğunu təsdiqlədi.
  Məktəbin hərbi rəhbəri Yusif Əliyev Aprel döyüşləri ilə əlaqədar  yuxarı sinif şagirdlərinin iştirakı ilə bu günkü dərsi xüsusi olaraq Aprel döyüşləri  mövzusuna həsr edib.O, mövzu haqqında geniş söhbət açaraq çıxışında qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri şanlı Zəfərimizə gedən yolun başlanğıcı oldu. 
Vətən müharibəsində Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti ilə qazanılan tarixi Zəfər ölkəmizdə ümumxalq sevinci, kapitulyasiya aktına imza atan Ermənistanda isə məyusluq hissi yaratmışdır.
Bu döyüşlərdə Azərbaycanın zabit, gizir və əsgərləri əsl cəsarət və igidlik nümunələri göstərdilər. Zabit və əsgərlərimizin hər biri cəbhədə, sözün həqiqi mənasında, mətanət, dözümlülük, qələbə əzmi nümayiş etdirdi.
Dövlət tərəfindən yüksək mükafatlara layiq görülən zabit və əsgərlərimizin bu fədakarlığı, mətinliyi ordumuzun real  gücündən, yüksək döyüş ruhundan,  sarsılmaz  iradəsindən xəbər verirdi.
   Aprel qələbələrinin ildönümü ilə əlaqədar Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir qrup hərbçimizlə görüşərkən demişdi: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir".
   Dərsin sonunda  Aprel döyüşlərinə həsr olunmuş videoçarx  nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi