31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

29 mart 2024-cü il tarixdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ili başlanıb. Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Emil Məmmədov açaraq soyqırımı aktını ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirib, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa sığmayan qanlı əməlləri ilə yadda qaldığını qeyd edib. 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirdiyini, 10 minlərlə insanın yurd-yuvasından didərgin salındığını deyən tarix müəllimi onu da qeyd edib ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, zamanında baş verənlərə lazımı qiymət verilməmiş, dünyaya çatdırılmamışdı. Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd 80 il sonra qəbul edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib. Hər il 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımının qurbanlarının xatirəsini ehtiramla anırıq.

   lVa və Va sinif şagirdlərinin iştirakı ilə şeirlər söylənilib. Şagirdlər bu mövzuya həsr olunmuş esse və təqdimatlar hazırlayıb, çəkilmiş rəsmləri sərgiləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi