20 yanvar şəhidləri anılıb

    "20 yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən məktəbdə silsilə tədbirlər həyata keçirilib. Siniflərdə sinif təşkilat saatları 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunub. Qara yanvara həsr olunmuş "Azadlıq aşiqləri  " rəsm müsabiqəsi keçirilib, "20 Yanvarı unutmadıq" mövzusunda Xa sinfində dəyirmi masa keçirilib, and yerimiz olan Şəhidlər xiyabanına ziyarətlər olunub. İnşa yazı işləri, sinif divar qəzetləri, plakatlar bu mövzuya həsr olunub. "Hüzn və milli qurur günümüz" adlı ümumməktəb tədbiri keçirilib. Tədbirdə I-VI sinif şagirdlərinin hazırladıqları şeir-kompozisiya, vətənpərvərlik mövzusunda mahnılar və video- film nümayiş etdirilib. Sinif otaqlarında şəhidlərin əziz xatirəsini anmaq üçün guşələr hazırlanıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi