Müsabiqədə ikinci yeri qazandıq

Suraxanı rayonu Heydər Əliyev mərkəzi və Suraxanı rayonu İdman və Gənclər idarəsinin təşkil etdiyi "Tarixi torpaqlarımız: Azərbaycan xanlıqları və müasir Azərbaycanın zəfər yolu” mövzusunda bilik yarışması keçirildi. Suraxanı rayonu tam orta məktəblərindən ibarət komandalar arasında keçirilmiş bilik yarışında məktəbimizin komandası II yer tutaraq diplomla təltif olunub.