Görkəmli dövlət xadimi Nəriman Nərimanov

Görkəmli dövlət xadimi Nəriman Nərimanov 1870-ci il aprelin14-də Tiflisin məşhur Şeytanbazar məhəlləsində anadan olmuşdur. Nəriman Nərimanov Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biridir. O, görkəmli dövlət xadimi, yazıçı, həkim idi.
N.Nərimanovun anadan olmasının 155 illik yubileyi münasibəti ilə məktəbimizin kitabxanasında sərgi təşkil olundu. Sərgidə N.Nərimanovun “Seçilmiş əsərləri”, T.Əhmədovun “N.Nərimanov-Həyatı,mühiti,ədəbi-bədii yaradıcılığı” adlı kitablar nümayiş olundu.
Sərgiyə baxışda iştirak edən məktəblilərə görkəmli dövlət xadimi Nəriman Nərimanov haqqında məlumatlar verildi.