“Şahin” hərbi-idman oyununu

15.04.2022-cı il tarixində Suraxanı rayonu S.Bəhlulzadə adına mədəniyyət sarayının qarşısında Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik , vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Suraxanı rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsinə start verilib. Yarışda 36 komanda iştirak etdi. Tədbirdə Təhsil İdarəsinin hərbi metodisti, Suraxanı İcra Hakimiyyətinin , Suraxanı Hərbi komisarlığının, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edirdilər. Məktəbimizin komandası bu yarışda VI yeri tutdular.