Kiçik Akademiya

"Kiçik Akdemiya"nın konfransıOktyabrın 13-ü "Kiçik Akdemiya"nın konfransı keçirildi. Konfransda yeni prezidentin və müavinin təyin edildi.

Ətraflı

Ən təhlükəli vulkanların püskürməsi.“Kiçik Akedimiya”nın Təbiət fənləri bölməsinin üzvi olan Mahmudzadə Məkkəxanım ən təhlükəli vulkanların püskürməsi və verdiyi zərərlər haqqında araşdırmalarını təqdim etdi.

Ətraflı

Nisbilik nəzəriyyəsinin araşdırılması"Kiçik akademiya"nın prezidenti bu günkü iclasda " Nisbilik nəzəriyyəsinin araşdırılması" mövzusunda hazırladığı mühazirəni oxudu. Ayselin thazırladığı təqdimat dinlənildi və məsləhətlər verildi.

Ətraflı

Nizami Gəncəvi...Nizami Gəncəvi... 880 il əvvəl dünyaya göz açıb bugünə qədər unudulmayan dahi. Əsərlərinlə türk əxlaqının ucalığını sübut etdin. Şirinin türk qadınının ismət simvolu oldu. İskəndərlə ədaləti bərqərar etdin. Əməyin hər şeydən üstün olduğunu çatdırdın insanlara. Dünya poeziyasının dahisi ! Bu il sənin ilindir demirik, hər ilimiz səninlədir! Ona görədir ki şagirdlərimiz sənin əsərlərini indi də maraqla oxuyur və türk xalqının qüdrətinin bir daha şahidi olurlar. “Kiçik Akademiya”nın Humanitar bölməsinin üzvləri keçirilən seminarda Nizami Gəncəvini anaraq onun əsərlərindən parçalar səsləndirdilər. Xəmsəyə daxil olan əsərlərdən hazırlanmış videçarx nümayiş etdirdilər. Bu xalqın qəlbində yaşayan şair, Dövrünün yükünü daşıyan şair, Məhəbbət, ədalət olub amalın, Türkü ucaldıbdır sənin kamalın.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN ONLAYN SEMİNARIMəktəbin fəaliyyət planına uyğun olaraq “Kiçik Akademiya”nın onlayn seminarı keçirildi. Seminarda məktəbin direktor müavini Kamran Hüseynov, ”Kiçik Akademiya”nın rəhbəri İradə Qələndərova, ”Kiçik Akademiya”nın üzvləri, müəllimlər və şagirdlər iştirak etdilər. Seminarda “Kiçik Akademiya”nın rəhbəri İradə Qələndərova çıxış edərək ötən tədris ilində görülən işlər haqqında geniş məlumat verdi, sonra “Kiçik Akademiya”nın tərkibinə yeni qoşulmuş üzvlərin adlarını açıqladı.Daha sonra şagirdlər arasında “Kiçik Akademiya”nın şagird prezidenti seçildi. ”Kiçik Akademiya” rəhbərliyinin və seminar iştirakçılarının təşəbbüsü ilə bu vəzifəyə “Kiçik Akademiya”nın üzvü, 10-a sinif şagirdi Xədicə Şıxəliyevə layiq görüldü. Sonra İradə Qələndərova “Kiçik Akademiya”nın cari tədris ilində fəaliyyət planında nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Məktəbin direktor müavini Kamran Hüseynov də çıxış edərək “Kiçik Akademiya”nın işinin qənaətbəxş olduğunu qeyd etdi, yeni seçilən üzvləri təbrik etdi və öz təkliflərini irəli sürdü. Sonda “Kiçik Akademiya”nın bölmə rəhbərləri də çıxış edərək öz fikirlərini bildirdilər.

Ətraflı

Breyn-rinq“Kicik Akademiyanın” humanitar bölmənin üzvlərindən ibarət "Fikir " komandası fevral ayının 11-i tarixində Suraxanı rayonu 232 nömrəli tam orta məktəbdə keçirilən "Breyn-rinq" psixointellektual yarışmasında iştirak etdilər. Yarışmanın əsas məqsədi şagirdlərin psixo-emosional vəziyyətinin yaxşılaşdırılması,eləcə də məktəbin ictimai həyatına aktiv şəkildə cəlb edilməsi idi. 25 məktəbin cəlb edildiyi yarışda böyük həvəslə iştirak edən məktəbin şagirdləri qalib gələrək şəhər turuna vəsiqə qazandılar.

Ətraflı

Alternativ Enerji MənbəyiKiçik Akademiyanın təbiət bölməsinin üzvü 10 “D” sinif şagirdi Ağayeva Firuzə Aydın qızı “Alternativ Enerji Mənbəyi” mövzusunda araşdırma aparmış, mövzu üzrə fikirlərini məktəbdə keçirilən seminarda müzakirəyə çıxarmış, “Günəş enerjisi və külək enerjisindən istifadə” etmək istədiyi maketləri nümayiş etdirdi. Seminarda iştirak edən qonaqlar və ekspertlər təqdimatla tanış oldular və onunla bağlı rəy və müzakirələrini bildirdi və şagirdin irəli sürdüyü fikirləri qənaətbəxş hesab etdilər. Bu seminarın keçirilməsinin əsas məqsədi məktəbdə təhsilin keyfiyyətini yüksəltmək,yüksək intellektə malik yeni nəsil formalaşdırmaq, yaradıcı şagirlərin potensialını inkişaf etdirməkdən ibarətdir.

Ətraflı

Rəsm müsabiqəsi qalibi“Kiçik Akademiya”nın Estetik bölməsinin üzvü, gənc rəssam 11”A” sinif şagirdi Mürsəlzadə Nəzrin Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyi və Suraxanı rayonu İdman və Gənclər idarəsinin təşkil etdiyi “ Azərbaycan Gəncləri narkotikin əleyhinə ” mövzusunda keçirilən rəsm müsahibəsində iştirak edib. Rəsm müsabiqəsində gənc rəssam I yer qazanaraq diplomla təltif olunub.

Ətraflı

KICIK AKADEMIYAN.Rəfiyev adına 104 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2019-ci ildən fəaliyyətə başlamışdır. İlk gündən əsas məqsədimiz 8-11-ci siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olmuşdur. Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan istənilən şagird Kiçik Akademiyanın üzvü ola bilər. Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və Kiçik Akademiyanın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri vardır. Eyni zamanda seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirir və ünsiyyət və davranış qaydalarına riayət etməklə digər şagirdlərə bir nümunə göstərirlər. Məktəbdə “Kiçik Akademiya”nın tərkibində Humanitar, Texniki, Təbiət və estetik bölmələri fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində başlayaraq məktəbdə “Kişik Akademiya”nın fəaliyyətinin genişləndirilməsi istiqamətində Fəaliyyət Planı hazırlanaraq təsdiq olunmuşdur.Bununla əlaqədar olaraq məktəbdə “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsi barədə 25.11.2019-cu il tarixli 246 nömrəli məktəbdaxili əmr verilmişdir.

Ətraflı
HAQQIMIZDA

        Bakı şəhəri Suraxanı rayonu N.Rəfiyev adına 104 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib istif...

BİZİM FƏXRLƏRİMİZ

Bənövşə Məmmədli Əhməd

Rövşən Şərifli Almaz

HAQQIMIZDA

        Bakı şəhəri Suraxanı rayonu N.Rəfiyev adına 104 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib istif...

BİZİM FƏXRLƏRİMİZ

Bənövşə Məmmədli Əhməd

Rövşən Şərifli Almaz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi