“KİÇİK AKADEMİYA”NIN ONLAYN SEMİNARI

Məktəbin fəaliyyət planına uyğun olaraq “Kiçik Akademiya”nın onlayn seminarı keçirildi. Seminarda məktəbin direktor müavini Kamran Hüseynov, ”Kiçik Akademiya”nın rəhbəri İradə Qələndərova, ”Kiçik Akademiya”nın üzvləri, müəllimlər və şagirdlər iştirak etdilər. Seminarda “Kiçik Akademiya”nın rəhbəri İradə Qələndərova çıxış edərək ötən tədris ilində görülən işlər haqqında geniş məlumat verdi, sonra “Kiçik Akademiya”nın tərkibinə yeni qoşulmuş üzvlərin adlarını açıqladı.Daha sonra şagirdlər arasında “Kiçik Akademiya”nın şagird prezidenti seçildi. ”Kiçik Akademiya” rəhbərliyinin və seminar iştirakçılarının təşəbbüsü ilə bu vəzifəyə “Kiçik Akademiya”nın üzvü, 10-a sinif şagirdi Xədicə Şıxəliyevə layiq görüldü. Sonra İradə Qələndərova “Kiçik Akademiya”nın cari tədris ilində fəaliyyət planında nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Məktəbin direktor müavini Kamran Hüseynov də çıxış edərək “Kiçik Akademiya”nın işinin qənaətbəxş olduğunu qeyd etdi, yeni seçilən üzvləri təbrik etdi və öz təkliflərini irəli sürdü. Sonda “Kiçik Akademiya”nın bölmə rəhbərləri də çıxış edərək öz fikirlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi