Nizami Gəncəvi...

Nizami Gəncəvi... 880 il əvvəl dünyaya göz açıb bugünə qədər unudulmayan dahi. Əsərlərinlə türk əxlaqının ucalığını sübut etdin. Şirinin türk qadınının ismət simvolu oldu. İskəndərlə ədaləti bərqərar etdin. Əməyin hər şeydən üstün olduğunu çatdırdın insanlara. Dünya poeziyasının dahisi ! Bu il sənin ilindir demirik, hər ilimiz səninlədir! Ona görədir ki şagirdlərimiz sənin əsərlərini indi də maraqla oxuyur və türk xalqının qüdrətinin bir daha şahidi olurlar. “Kiçik Akademiya”nın Humanitar bölməsinin üzvləri keçirilən seminarda Nizami Gəncəvini anaraq onun əsərlərindən parçalar səsləndirdilər. Xəmsəyə daxil olan əsərlərdən hazırlanmış videçarx nümayiş etdirdilər. Bu xalqın qəlbində yaşayan şair, Dövrünün yükünü daşıyan şair, Məhəbbət, ədalət olub amalın, Türkü ucaldıbdır sənin kamalın.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi