FƏXRİMİZ

İnsanlar anadan olanda qəhrəman kimi doğulmurlar. Vətənə, anaya, torpağa  olan sevgi onları  qəhrəmana  çevirir. Belə qəhrəmanlardan biri də bu gün məktəbimizin adını daşıdığı, hər gün   səhər-səhər məktəb həyətində  büstünə ehtiramla  baş əyib keçdiyimiz Nazim Məhərrəm oğlu   Rəfiyevdir.

Nazim Məhərrəm oğlu   Rəfiyev 1967-ci il may ayının 25-də Bakı şəhərində anadan olub. Ailədə  dörd qardaş böyüyürdü və bu qardaşların ən böyüyü   Nazim idi. Nazim şən, mehriban və eyni zamanda bir qədər dəcəl idi. Nazim 1973-cü ildə 104nömrəli məktəbin birinci sinfinə qədəm qoyur. Məktəb həyatı  Nazimi mərd, cəsur,  vətənpərvər, müəllimlərini  sevən bir şagird kimi  püxtələşdirir. O, 1984-cü ildə orta məktəbi bitirir. 1985-ci il  Nazimin həyatında əsl kişilik  məktəbinə   qədəm qoyduğu il kimi yadda qalır. Belə ki, o, ordu sıralarına  çağırılır. Əfqanıstanda hərbi xidmət çəkən Nazim şücaəti, qorxmazlığı ilə komandanlığın diqqətini çəkir, amma amansiz ölüm onu həyatdan vaxtsiz aparır.

Nazim 1987-ci ildə düşmən gülləsinə  tuş gələrək qəhrəmancasına həlak olur və şəhidlik zirvəsinə yüksəlir. O, hələ sağ ikən müxtəlif  təltif  və ordenlərə layiq  görülmüşdü. Ona “Xidmətə görə şöhrət ordeni” təqdim edilmişdir. Ölümündən sonra isə Nazim  “Qırmızı ulduz ” ordeninə və “Əfqanıstanda xidmət ordeni ”nə  layiq görülüb.

Qəhrəmanın   xatirəsi bu gün də  hamı tərəfindən yad edilir. Biz onun müqəddəs ruhu qarşısında  baş əyirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi