KICIK AKADEMIYA

N.Rəfiyev adına 104 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2019-ci ildən fəaliyyətə başlamışdır. İlk gündən əsas məqsədimiz 8-11-ci siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olmuşdur. Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan istənilən şagird Kiçik Akademiyanın üzvü ola bilər. Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və Kiçik Akademiyanın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri vardır. Eyni zamanda seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirir və ünsiyyət və davranış qaydalarına riayət etməklə digər şagirdlərə bir nümunə göstərirlər. Məktəbdə “Kiçik Akademiya”nın tərkibində Humanitar, Texniki, Təbiət və estetik bölmələri fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində başlayaraq məktəbdə “Kişik Akademiya”nın fəaliyyətinin genişləndirilməsi istiqamətində Fəaliyyət Planı hazırlanaraq təsdiq olunmuşdur.Bununla əlaqədar olaraq məktəbdə “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsi barədə 25.11.2019-cu il tarixli 246 nömrəli məktəbdaxili əmr verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi