Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ilik yubileyidir.

       2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.        

    Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.                   

    20 May tarixində məktəbimizin kitabxanasında  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 iliyi münasibəti ilə sərgi təşkil olundu.Sərgidə yazıçının “Seçilmiş əsərləri”—2 cilddə,Uşaqlığın son gecısi adlı kitabları nümayiş edildi.Səgidə iştirak edən şagirdlər yazıçının yaradıcılığı haqqında məlumatladırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi