El-obama bahar gəlir

18.03.2016 tarixində məktəbimizdə “El-obama bahar gəlir”adlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru Kərəm Mehdiyev açaraq bayram münasibətilə hamını təbrik etdi. Tədbir xalqımızın ən əziz bayramı olan Novruz bayramının adət -ənənlərini nümayış etdirirdi. Məktəbimizin ibtidai sinif şagirdləri şeir və nəğmə söylədilər,qizların ifasında “haxışda”səsləndi,novruz bayramı haqqında meyxana söylənildi,taninmış müğənnilər parodiya edildi,rəqqaslarımızın ifasında milli rəqslərimiz ifa edildi. Həm Bahar qızının,həm də Kosa –keçəlin iştirakı, bayram iştirakçılarının rəngarəng milli geyimlərdə olması,maraqlı tamaşaların göstərilməsi tədbiri daha da maraqlı etdi. Bayram süfrələri milli şirniyyatlarla zəngin idi. Tədbirdə həmçinin yazıçı-jurnalist Miraslan Bəkirli də iştirak etdi və öz ürək sözlərini söylədi.Tədbir ənənəvi yallı ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi