Riyaziyyat elmlərin şahıdır

2 mart 2016-cı il tarixində məktəbin akt zalında “Riyaziyyat elmlərin şahıdır” adli tədbir kecirildi.Tədbirdə müəllim kollektivi,valideynlər və 5-ci sinif şagirdləri iştirak etdilər.Tədbir 2 hissədən ibarət idi: bilik yarışması və bədii hissə. Bilik yarışmasında 5-ci sinfin hər birindən 4 nəfər fərqlənən şagirdlərdən ibarət 7 komanda iştirak edirdi.Yarışma 3 mərhələdən ibarət oldu.II mərhələdən sonra ən yüksək bal toplayan 3 komanda final mərhələsində I-lik uğrunda mübarizəni davam etdirdi.Finaldan sonra komandalar tutduqları yerlərə uyğun diplomlarla təltif olundular. Bədii hissəmiz gözəl,milli rəqslə başladi.Sonra şagirdlərin hazırladığı “Fənlərin mübahisəsi”,”Ədədlərin rəhbərlik uğrunda mübarizəsi”,”Riyaziyyat bütün peşələrə lazımdır” adlı kiçik səhnəciklər göstərildi.Riyazi kəlamlar və tapmacalar söylənildi.Tapmacalarin cavablarını tapanlara hədiyyələr verildi.Milli rəqsdən əlavə tamaşacılara “Özbək” rəqsi,”Tello” rəqsi,oğlanların ifasında “Avar”rəqsi təqdim edildi. Tədbir cox şən və maraqlı keçdi.