31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramıdır

Məktəbimizdə 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr olunmuş “Gücümüz birlikdədir, birləşməsək ellərimiz çıxmaz ağ günə”adlı ədəbi- bədii gecə kecirildi.Tədbirdə müəllimlərdən və şagirdlərdən ibarət məktəb kollektivi iştirak edirdi. Məktəbin təlim-tərbiyəişləri üzrə direktor müavini Həsəov S. Azərbaycanın dövlət müstəqilliyindən ,bu yolda mərhum prezidentimız H.Əliyevin gördüyü işlərdən danışdı və ona allahdan rəhmət dilədi. Məktəbin tarix müəllimi Əmrahova H. Azərbaycan Respublikasının müstəqil bir ölkə kimi demokratik,hüquqi bir dövlət olaraq kecdiyi tarix yolundan danışdı.Şaxta baba və qarqızın gəlişi ilə tədbir daha da canlandı. Onlar bütün tədbir iştirakçılarını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik etdi və bu təzə ildə hamiya uğurlar dilədi. Şagirdlərin ifasinda şeirlər və musiqilər səsləndi,kicik səhnəciklər təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi