Birliyimiz sərhədləri aşdı

26 dekabr 2017-ci il tarixində məktəbimizdə “Birliyimiz sərhədləri aşdı” başlığı altında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirildi. Əsası 1991-ci il 16 dekabr tarixində Uluöndər Heydər Əliyev tərəfindən qoyulmuş bu bayram 26-cı ildir ki, Azərbaycan xalqı tərəfindən qeyd olunur.
Hüsnünü qoruyan gözüm var mənim,
Dağında, daşında izim var mənim,
Zəfər kitabında sözüm var mənim,
Bütün varlığımdır Azərbaycanım,
Bəxtiyarlığımdır Azərbaycanım !
Respublikamızda ikiqat bayramdır. Belə ki, xalqımız bu gün həmrəylik günü ilə bərabər yeni ilin gəlişini də qeyd edir. Yeni il bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama cevirildiyi kimi Azərbaycanda da insanların məişətinə daxil olub.
Tədbirdə şagirdlərimizin söylədikləri şeirlər, ifa etdikləri rəqslər, mahnılar Azərbaycanımızın gözəlliyinin, rəngarəngliyinin, inkişafının bir sübutudur. Hər bir şagirdin çıxışında aşıb-daşan Azərbaycan sevgisinin şahidi olduq. Doğrudan da, “biz fəxr edirik ki, azərbaycanlıyıq”.
Məktəbimiz adından hamının Həmrəyliyi Gününü və Yeni il bayramını təbrik edirik. Qardaşlığın dogulduğu, sevgilərin birləşdiyi, bəlkə durğun, bəlkə yorgun, yenə də xoşbəxt, yenə də ümidli, yenə də sevgi dolu Qarabağli illərə!!!