Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Bütün ömrünü xalqa fədakarcasına həsr etmiş böyük siyasi xadim,ümummilli liderimiz Heydər Əliyevin xatirəsinin anım gününü ürək ağrısı və dərin hüzün ilə qarşılayırıq. Heydər Əliyev bütöv bir elin,Türk dünyasının itkisidir. Biz inanırıq ki, Heydər Əliyev müdriklik məktəbinin yetirməsi Azərbaycanı işıqlı gələcəyə aparacaqdır.Xalqımız İham Əliyevə inanır və onun ətrafında sıx birləşibdir. Məktəbimizdə də ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsininanım günü ilə əlaqədar olaraq ədəbi-bədii gecə təşkil edilmişdi.Tədbirdə məktəbin müəllim kollektivi və 5-11-ci sinif şagirdləri iştirak etdilər.İlk olaraqmüdrik prezidentimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Əmrahova H. öz cıxışında bütün ömrünü xalqa fədakarcasına həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin Yeni Azərbaycan respublikasının qurucusu və memarı olduğunu , ücrəngli bayrağımızın BMT-nin AŞ-nın binası qarşısında əzəmətlə dalğalandığını vurğuladı.Şagirdlərin ifasında Azərbaycana,Vətənə, müdrik prezidentimizə həsr olunmuş şeirlər, mahnılar səsləndi. Tədbirin sonunda tədbir iştirakçıları H. Əliyev haqqında hazırlanmış fotostendin qarşısına gül dəstələri qoydular. Həmçinin 5-11-ci sinif şagirdləri ümummilli liderimiz Heydər Əliyevinhəyat və yaradıcıllığından bəhs edən divar qəzetləri hazirlamışdılar. Bəli itkimiz cox ağırdır. Ancaq bir təsəllimiz var. Heykəlləşən ömürə, yüksələn şöhrətə, sarsılmaz inama əqidəyə,beynəlxalq nüfuza ölüm yoxdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi