IV siniflərin "Bilik yarışı"

17 fevral 2017-ci il tarixində məktəbimizdə 4-cü siniflər arasıda “ Bilik yarışı” keçirildi. Tədbirdə ilk olaraq dövlət himnimiz səsləndirildi. Tədbirdə ilk söz məktəbin direktor müavini Şəfaqət Vəliyevaya verildi. Sonra bilik yarışına start verildi. Yarış 20 dəqiqə ərzində keçirildi. Münsiflər heyəti komandaların nəticələrini yoxladıqdan sonra qaliblər məlum oldu. 1-ci yerə 4"B", 2-ci yerə 4"V", 3-cü yerə 4"D" sinfi layiq görüldü. 4"B" sinfinin birinci yerə layiq görülməsində savadı və məntiqi ilə seçilən Kərimli Nəsrəddinin rolu az olmadı. Qaliblərə Diplomlar təqdim olundu.Tədbirdə “Rəqəmlərin bəhsi”, ”Arşın mal alan ” səhnəcikləri, 4-ci sinif şagirdlərinin ifasında “Ləzginka” və “Hind Rəqsi”, şeirlər və mahnılar təqdim olundu. “Arıların elm adamları üzərində qələbəsi” adlı videorolik nümayiş etdirildi. Şagirlərin bir neçəsi “Maraqlı riyazi faktlar” və fokuslar təqdim etdi. Sonda 4-cülərdən İsgəndərli Nüşabə Azərbaycan Respublikası Prezidentinin “Bayraq meydanının inşası” sərəncamını qeyd etdi və bu meydanda ucaldılan bayrağımız haqqında qısa məlumat verdi. Ən sonda isə “Bayraq” şeiri səsləndi və səhnəyə dövlətimizin qürur yeri olan üçrəngli bayrağımız gətirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi