2-cilərin Riyaziyyat bilik yarışı

16 fevral 2017-ci il tarixində məktəbdə 2-ci siniflərin “Riyaziyyat Gecəsi” keçirildi.Tədbirdə bilik yarışı və bədii hissə oldu. Yarışda 9 sinif iştirak etdi. Şagirdlər bilik yarışı zamanı riyaziyyatdan və məntiqdən testlər işlədilər. Ümumi nəticəyə görə 1-ci yerə 2 "Q" , 2-ci yerə 2 "Z" sinfi layiq görüldü. Qaliblər Diplomla təltif edildi. Bədii hissədə isə şagirdlər riyaziyyat haqqında şeirlər, mahnılar, rəqs və riyazi tapmacalar təqdim etdilər. Sonda şagirdlər “Əziz müəllimim” mahnısını ifa edərək müəllimlərinə öz təşəkkürlərini bildirdilər.