31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Gününə həsr edilmiş inşa müsabiqəsi

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciələrin şagirdlərin yaddaşında həkk olunması və heç zaman unudulmaması məqsədi ilə 30.03.2015-ci il tarixində məktəbimizdə "31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü"-nə həsr olunmuş inşa müsabiqəsi keçirildi. Müsabiqə IX-XI sinif şagirdləri arasında keçirilmişdir. Şagirdlər 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni qəddarlarının törətdikləri qətliamları, vətənə və xalqımıza olan ülvi məhəbbətlərini, düşmənə olan nifrətlərini kağız üzərində əks etdirdilər.