Yeni sərgi bayrama bayram qatdı

Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 17-də Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Novruz şənliyi keçirildi. Şənliyə Suraxanı rayonunda yerləşən təşkilatlar,məktəblər və yerli əhali qatılmışdı. Rayon İcra Hakimiyyətinin başçısının və digər qonaqların, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə məktəblilərin əl işləri, rəsm əsərləri sərgilənib.Tədbirdə özfəaliyyət dərnəklərinin ifasında maraqlı musiqi nömrələri, idman səhnəcikləri nümayiş etdirildi, Novruz bayramının qədim adət-ənənələrindən bəhs edildi. Novruzun əsas personajları olan Kosa və Keçəlin maraqlı deyişməsi isə tədbirə xüsusi bir rəng qatdı. Sonra rayon ağsaqqalının Atəşgahdan götürdüyü odla bayram tonqalı alovlandırıldı. Sərgidə 104 nömrəli orta məktəbin şagirdlərinin təqdim etdiyi əl işləri xüsusi maraqla qarşılanıb. Şagirdlərin müxtəlif mövzularda olan rəsm əsərlərində ölkəmizin milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğinə xüsusi önəm verilmişdi.Şagirdlərimizin nümayiş etdirdiyi rəqslər tədbir iştirakçılarin,hətta əcnəbi qonaqların belə diqqətini cəlb etdi. Bayram əhval-ruhiyyəsi ilə başlanan tədbir musiqi sədaları ilə başa çatmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi