Yurdumuza bahar gəlir

16 mart 2015- ci il tarixində məktəbimizdə "Yurdumuza bahar gəlir" adlı tədbir keçirildi. Tədbir xalqımızın qədim adət-ənənəsini özündə əks etdirən Novruz bayramına həsr edilmişdir. Məqsədimiz bu adət-ənənələri qoruyub saxlamaq və yaşatmaqdır. Tədbirə V-IX sinif şagirdləri - çalğı alətində ifa edə bilən, şeir demək bacarığı olan, rəqs edə bilən , mahnı ifa edən, aktyorluq qabiliyyəti olan şagirdlər cəlb olunmuşdur. Bayram tədbirində S.Vurğunun, M.Şəhriyarın, T.Bayramın və b.şeirleri səsləndi. Məşhur " Kosa-Kosa" oyun-tamaşası, " Tıq-Tıq xanım" nağılından bir parça göstərildi, " Dədə Qorqud" dastanının motivləri əsasında " Basat və Təpəgöz" adlı rep səsləndi. Novruz bayramının, çərşənbələrin müxtəlif ayinləri nümayiş etdirildi. Tədbir milli adətimizi bu günədək qoruyan "Yallı" ilə bitdi. BAYRAMINIZ MÜBARƏK!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi