18 MAY – BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ

 Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

    18 May “Beynəlxalq Muzeylər Günü” münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edilmişdir. Belə ki, hər il 18 may tarixində Bakı sakinləri və şəhərimizin qonaqları İçəri Şəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən muzey ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edirlər. 

  18 May-Beynəlxalq Muzeylər Günü münasibətilə məktəbimizin şagirdləri üçün İçərişəhərdə yerləşən muzeylərə ekskursiyalar təşkil olundu. Şagirdlər muzeylər haqqında ətraflı məlumat əldə etdilər və tarixi abidələrlə yaxından tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi