BİLBACAR MÜSABİQƏSİ

 Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə məktəblərdə “BilBacar” müsabiqəsi keçirilir. Hər bir məktəbdə olduğu kimi bizim məktəbimizdə oktyabr ayından başlayaraq hər ay bu müsabiqədə fəal iştirak edir. May  ayında növbəti mərhələ keçirilib. Müsabiqəyə məktəb üzrə koordinator Altay Məmmədli  nəzarət edir. Onlayn formada isə Microsoft Teams proqramı üzərindən nəzarətçi müəllimlər canlı olaraq izləyirlər. Qeyd edək ki, müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir. Bu istiqamətdə çalışan şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi