Təhlükəsizlik günü

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə şagirdlərin təhlükəsizliyinin təmin edilməsi və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə maarifləndirici tədbirlər keçirilir.
Tədbirlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi" mövzusunda təlimatına əsasən təşkil olunur. Belə ki, təhlükəsizlik tədbirləri ilə bağlı şagirdlərin, valideynlərin maarifləndirilməsi və onların məsuliyyətinin daha da artırılması üçün “Təhlükəsizlik günü” adlı tədbirlər, valideynlərin iştirakı ilə “Şagird təhlükəsizliyi” mövzusunda görüşlər davam edir.